Belçikalıların “Neftçi”dən xəbəri yoxdur
29.03.2011 - 10:18
Belçikalıların “Neftçi”dən xəbəri yoxdur
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasını qəbul edəcək Belçikada “Neftçi” klubunu tanımırlar. Apasport.az saytının məlumatına görə, bu Avropa ölkəsində futbolumuzun ən yaşlı təmsilçisi haqda xəbərsizdirlər.

Bu gün keçiriləcək oyun ərəfəsində Azərbaycan və futbolumuz haqda tanıtma tipli yazı hazırlayan belçikalılar həmin mətndə “Neftçi”dən xəbərləri olmamalarını göstəriblər. Belə ki, həmkarlarımız yığmalarının sabiq futbolçusu, artıq yaşı və səviyyəsi milliyə uyğun gəlməyən Emil Mpenzanın da ölkəmizdə çıxış etməsini vurğulayıblar.

Lakin onlar hücumçunun çıxış etdiyi “Neftçi” haqda o qədər məlumatsızdırlar ki, kluba Rövnəq Abdullayevin rəhbərlik etdiyini iddia edirlər. Onların yazdığına görə, məhz AFFA prezidenti paytaxt təmsilçisində eyni postu tutur.

Qeyd edək ki, belçikalıların tanımadığı klubun prezidenti Sadıq Sadıqovdur.

Rüstəm MİKAYILLI