Nazir etirafı: Futbol bizim ölkədə çox zəif inkişaf edib
30.03.2011 - 13:15
Nazir etirafı: Futbol bizim ölkədə çox zəif inkişaf edib
“Futbol bizim ölkədə çox zəif inkişaf edib. Bu, əsrlər boyu belə olub”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın idman və turizm naziri Temirxan Dosmuxanbetov deyib.

O, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə birlikdə A qrupunda yer alan Qazaxıstan millisinin çıxışına münasibət bildirib: “Hələ SSRİ vaxtı da ən pis komanda bizdə idi. Bu, kütləvi və siyasi bir idman növüdür. Biz də ona böyük diqqət ayırırıq. Vilayət rəhbərləri də futbolun inkişafına vəsaitlər xərcləyir. Lakin heç bir nəticə yoxdur”.

Nazir Avropada oynamağın düzgün olmadığını düşünür. O, ölkə futbolunun yenidən Asiyaya qayıtmasının tərəfdarıdır: “Asiya zonasında oynayanda heç olmasa, qələbə qazanırdıq. Hətta 1-6 yerlər uğrunda mübarizə apara bilərik”.
0