Qaz verin, AZAL oynasın!
30.03.2011 - 14:38
Qaz verin, AZAL oynasın!
“Komandamızın “İnter”lə ev oyununu Şüvəlan qəsəbəsindəki stadionda keçirməsinə qaz təchizatı mane oldu. Stadiona qaz verilmədiyi üçün isti su ilə bağlı problem mövcuddur. Belə vəziyyətdə oyun keçirmək düzgün deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.

O, Azərbaycan Premyer Liqasının XXV turunun “İnter”lə görüşünün əvvəlcədən planlaşdırıldığı kimi Şüvəlandakı stadionda deyil, “Şəfa”da keçirilməsini qaz təchizatı ilə əlaqələndirib: “Başqa heç bir problem yoxdur. AFFA-dan gəlib arenanı, hər şeyi yoxladılar. Su da gəlir. Amma yalnız soyuq su. İsti su üçün isə qaz olmalıdır. Qaz idarəsinin əməkdaşları martın 30-da stadiona qaz verəcəklərini demişdilər. Lakin yubanma oldu. Amma bilirəm ki, aprelin 4-nə, yəni həftənin 1-ci gününə söz veriblər. Biz də növbəti ev matçımızı – aprelin 10-da Şüvəlanda keçirərik”.
0