Belçika – Azərbaycan oyunundan əvvəl qalmaqal
30.03.2011 - 19:12
Avro-2012-nin seçmə mərhələsinin Belçika – Azərbaycan oyunundan əvvəl qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın başlamasına 1 saatdan da az vaxt qalmış matçın baş tutduğu “Rua Boduen” stadionunun qarşısında böyük xaos yaşanıb.
Komandalarının bundan əvvəlki – Avstriya ilə səfər oyunundakı qələbədən ruhlanan yüzlərlə azarkeş Azərbaycanla oyunu izləmək arzusunu gerçəkləşdirmək istəyib. Qarşılaşmaya bilet almaqda çətinlik çəkən fanatlar arena qarşısında qarışıqlıq yaratmaqla, içəri daxil olmağa cəhd edib. Asayiş keşikçiləri güc vasitəsilə izdihamı dağıtmağa cəhd etsələr də, narazı fanatlar qarşısında aciz qalıb. Bunu görən təşkilatçılar həmin azarkeşlərə pulsuz bilet paylayaraq stadiona buraxıblar.
Qeyd edək ki, rəsmi sənədlərdə matçı 34985 azarkeşin izlədiyi göstərilir.

- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
- Avropa Liqası: "Beşiktaş" qələbə ilə başladı - YENİLƏNİB
- ÇSKA-nın baş məşqçisi: “Revanş oyununa çox ümidliyik”
0
0