“Xəzər Lənkəran”la oyunda bunun faydasını görəcəyik”
30.03.2011 - 23:00
“Bir həftə olmasına baxmayaraq, təlim-məşq toplanışı yaxşı keçdi. Bunun faydasının olacağını düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Ölkə çempionatında yaranmış fasilədən istifadə edən “Bakı” bir həftəlik təlim-məşq toplanışı keçirmək üçün Antalyaya üz tutdu. Baş məşqçi Aleksandr Starkov Latviya yığmasının düşərgəsinə yollandığından, paytaxt təmsilçisi köməkçi-məşqçi Novruz Əzimovun rəhbərliyi altında hazırlıq keçdi.
Gündəlik məşqlərlə yanaşı, ölkə kubokunun son qalibi 2 yoldaşlıq matçında da gücünü sınadı. Əvvəlcə Türkiyə Superliqasında mübarizə aparan “İstanbul Böyükşəhər Bəlidəyyəsi” ilə qarşılaşan “zolaqlılar” 1:1 hesablı heç-heçə edib. İkinci oyundakı sparrinq-rəqib də Superliqa təmsilçisi olub. “Bucaspor”la qarşılaşan paytaxt klubu böyük hesablı qələbəni bayram edib 4:1.
Təcrübəli yarımmüdafiəçi qarşıdakı oyunlarda bu toplanışın faydasının mütləq özünü büruzə verəcəyini bildirib: “Xəzər Lənkəran”la oyunda bunun faydasını görəcəyik. Ümidliyik. Mübarizəmizi davam etdirəcəyik”.
Komandasının qızıl medallara iddiasının qalmadığını da deyən Qurbanov Avropa Liqasına vəsiqə verən yerlərdən birini tutmağa çalışacaqlarını deyib: “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizə aparır. Reallığı nəzərə alsaq, bizim çempion olmaq şansımız demək olar, qalmayıb. Ona görə də Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Qarşıda 8 oyunumuz var. Bundan başqa, ölkə kubokunda da mübarizəni davam etdiririk”.

0
0