Tərlan Əhmədov Florensiyada oynayacaq
31.03.2011 - 14:49
Tərlan Əhmədov Florensiyada oynayacaq
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 11-dən 21-dək İtaliyanın Verona şəhərində təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri aprelin 22-dən 26-dək Florensiya şəhərində təşkil olunan turnirdə iştirak edəcək.

Artıq bu turnirə yollanacaq heyət də müəyyənləşib: Ravil Məhəmmədov, Pərviz Qaraxanov, Etibar Süleymanov, Fəhmin Muradbəyli (hamısı “Neftçi”), Vəzir Musayev, Tərlan Əhmədov, Əli Həsənli (hamısı “Qəbələ”), Ağaseyid Qasımov, Kənan Hacıyev, Ülvi İbazadə, Emil Kazımlı, Mansur Nəhavəndi (hamısı “İnter”), Fərid Əsədov, İlyas Səfərzadə, Elnur Cəfərov, Anar Babazadə (hamısı “Xəzər Lənkəran”), Təyyar Məmmədov, Ülvi Süleymanov, Akif Ağayev, Yusup Xakimov, Nuradi Dosayev (hamısı “Bakı”), Budaq Nəsirov, Emin Mirzəliyev (hər ikisi “Turan”), Coşqun Qorçiyev, Elman Mehdiyev (hər ikisi “Qarabağ”), Elvin Murtuzov (“Kvadro”, Rostov, Rusiya).

Qeyd edək ki, U-16 kimi U-19-da Veronada təlim-məşq toplanışında olub Olbia şəhərindəki turnirə qatılacaq.

Mənbə: affa.az