Berti Foqts: Milli komandada islahatlar aparmağa məcburam
31.03.2011 - 23:08
Berti Foqts: Milli komandada islahatlar aparmağa məcburam
“Belçikaya məğlubiyyət mənə çox pis təsir etdi. Bundan sonra komandada islahatlar aparmağa məcburam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Almaniya mətbuatına açıqlama verən 65 yaşlı mütəxəssis bildirib ki, səviyyəsi aşağı olan futbolçularla ciddi uğur qazanmaq mümkün deyil: “Belə futbolçularla nəyəsə nail olmaq çox çətindir. Onlarla çalışmaqdansa, Almaniyanın aşağı dəstələrində işləmək yaxşıdır. Mən hələ Bundesliqa və başqa ölkələrdən aldığım təklifləri demirəm”.

Foqts Belçika ilə görüşdən sonra lazım olarsa istefa getməyə hazır olduğunu demişdi. Yenidən bu mövzuya qayıdan alman çalışdırıcı bildirib ki, hər şey AFFA rəhbərliyi ilə görüşdən sonra bəlli olacaq: “Mən yığmaya klublarında ehtiyatda qalan futbolçuları çağırmağa məcburam. Belə vəziyyətdə, belə futbolçularla işləmək çox çətindir”.
0