Üçü də heç-heçə
02.04.2011 - 18:55
Üçü də heç-heçə
Bu gün Azərbaycan Premyer Liqasında XXV turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 3 qarşılaşma baş tutacaq ki, bunlardan da 2-si Bakıda, 1-i əyalətdə keçiriləcək.

Günün ilk oyunları ikinci “altılığ”ın görüşləri ilə başlayacaq. Burada ən diqqətçəkən məqam isə Mehman Allahverdiyevlə bağlıdır. Azərbaycanın ən titullu məşqçilərindən olan mütəxəssis uzun fasilədən sonra futbola qayıdışını Qəbələdə qeyd edəcək.

Digər oyuna gəlincə, MOİK cari mövsümdə yeganə qələbəsini qazandığı “Muğan”ı qonaq edəcək. Lakin onlar qələbə qazanacaqları halda belə sonuncu pillədən yaxa qurtara bilməyəcəklər.

Turun ilk gününə “Bakı” - “Xəzər Lənkəran” matçı ilə yekun vurulacaq. Prinsipial əhəmiyyət daşıyan oyunun çətin keçəcəyini proqnozlaşdırmaq olar. Təsnifat mərhələsində baş tutan görüşlərin hər ikisinin heç-heçə başa çatdığını nəzərə alsaq, bu dəfə də eyni nəticənin təkrarlanacağı inandırıcı görünmür.

2 aprel
MOİK – “Muğan” - 0:0
Hakimlər: Fuad Həsənov, Aydın Ələkbərov, Samir Hacıyev, Teymur Fərhadov
Bakı. “Bakı” klubunun təlim-məşq bazası
Təsnifat mərhələdəki oyunlar – 3:2, 0:1

“Qəbələ” – “Gəncə” - 1:1
QOLLAR: Murad Hüseynov, 26 - Junivan Suares, 56
Hakimlər: Rahim Həsənov, İsgəndər Əliyev, Coşqun Həsənov, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 0:0

“Bakı” – “Xəzər Lənkəran” - 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 1:1

Turnir cədvəli

1 Neftçi 24 15 7 2 42-10 52
2 Xəzər Lənkəran 25 14 7 4 29-14 49
3 Qarabağ 24 15 3 6 33-14 48
4 İnter 24 12 5 7 25-19 41
5 AZAL 24 10 9 5 28-17 39
6 Bakı 25 9 8 8 29-23 35

7 Qəbələ 25 9 9 7 23-17 36
8 Muğan 25 8 7 10 18-26 31
9 Gəncə 25 5 10 10 24-30 25
10 Turan 24 5 6 13 19-35 21
11 Simurq 24 3 6 15 14-37 15
12 MOİK 25 1 5 19 7-49 8

Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15