“Beşiktaş”ın prezidenti Ronaldo ilə şərikli biznesə başladı - FOTO
02.04.2011 - 16:29
“Beşiktaş”ın prezidenti Ronaldo ilə şərikli biznesə başladı - FOTO
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən Portuqaliya milli komandasının və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo ilə şərikli inşaat biznesinə girişib. Lent.az-ın məlumatına görə, onlar İspaniyanın turizm üçün sərfəli məkanlarında villa və qolf meydançaları salınması üçün layihələr hazırlayıblar.

Dəmirörən bildirib ki, təşəbbüs Ronaldudan gəlib: “Kriştianunun təklifi mənə maraqlı göründü. Onunla ticarət əlaqələrimiz bundan sonra daha da böyüyəcək”.