Toni Adams: Komandamız standart vəziyyətlərdən qol buraxır
02.04.2011 - 16:52
Toni Adams: Komandamız standart vəziyyətlərdən qol buraxır
“Həmkarımı “Gəncə” komandasına baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. “İkinci altılıq” oyunu olmasına baxmayaraq, gərgin mübarizənin şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ” klubunun baş məşqçisi Toni Adamsa məxsusdur.

İngiltərəli mütəxəssis “Gəncə” ilə 1:1 hesabı ilə yekunlaşan oyunda qol buraxana kimi yaxşı oynadıqlarını deyib: “Komandamız standart vəziyyətlərdən qol buraxır. Qol buraxanadək üstün oyun göstərdik”.

Qeyd edək ki, “Qəbələ” hesabı 26-cı dəqiqədə açsa da, 56-cı dəqiqədə rəqib bərabərlik qolunu vurub.