Gəncədən Qəbələyədək 811 dəqiqə
03.04.2011 - 10:27
Azərbaycan Premyer Liqasının XXV turu "Gəncə" klubu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Mehman Allahverdiyevin yetirmələri bu matçda qol həsrətin son qoyublar. "Qəbələ"nin qonağı olan qərblilər 56-cı dəqiqədə fərqlənməklə uzun müddətdir həsrət qaldıqları qol sevincini yaşayıblar. Matçın 56-cı dəqiqəsində Junivan Suares fərqlənib.
Gəncəlilər sonuncu dəfə ötən il dekabrın 5-də rəqib qapısına yol tapmışdı. XVI turun "Muğan"la ev oyunundakı qələbədən sonra qərblilər sanki tilsimə düşmüşdü. Həmin oyunda 3 cavabsız qol vuran komandanın son topunu da məhz Junivan vurmuşdu. Braziliyalı 55-ci dəqiqədə yerli azarkeşlərə sevinc bəxş etmişdi. Həmin matçdan 118 gün sonra cənubi amerikalı komandasının 811 dəqiqəlik qol həsrətinə son qoydu

0
0