Milli komandanın planları dəyişir
03.04.2011 - 15:45
Milli komandanın planları dəyişir
Yaponiyada baş verən təbii fəlakət bu ölkənin milli komandasına da təsir edib. Apasport.az saytının məlumatına görə, Gündoğar ölkə təmsilçisi Amerika kuboku turnirində iştirakdan imtina etmək niyyətindədir. Bu il iyulun 1-24-də keçiriləcək yarışın az qala əbədi qonağı olan yaponiyalılar həmin vaxt başqa problemin həlli ilə məşğul olmalıdır. Belə ki, yerli futbol federasiyası dağıdıcı zəlzələ üzündən təxirə salınan milli çempionatın qarşılaşmalarını məhz iyulda keçirmək fikrindədir. Bu isə yığmanın turnirə qatılması ilə üst-üstə düşür. Bu vəziyyətdə isə Amerika kubokunu qurban vermək daha məqsədəuyğun sayılır.