"Yaxşı oyun göstərmədən uğur qazanmaq olmaz"
03.04.2011 - 17:20
"Yaxşı oyun göstərmədən uğur qazanmaq olmaz"
"Altılıq" oyunlarında əsas 3 xal qazanmaqdır. Buna nail olduq, komandamı təbrik edirəm. Fikrimcə, yaxşı oyun göstərmədən uğur qazanmaq olmaz". Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

O, Azərbaycan Premyer Liqasının XXV turunun "İnter"lə oyunu haqda fikirlərini açıqlayıb: "Bəzi epizodlarda diqqətli olsaydıq, hesabı daha da artıra bilərdik. İkinci hissədə taktiki gedişə əl atdıq, müdafiəyə daha çox fikir verdik, ona görə də, üstünlük rəqibə keçdi. Komandamdan razı qaldım".

Qeyd edək ki, AZAL paytaxt derbisində 1:0 hesabı ilə qalib gəlib.