Kaxaber Sxadadze: Futbolda belə hallar da olur
03.04.2011 - 17:26
Kaxaber Sxadadze: Futbolda belə hallar da olur
"Bu gün yaxşı oyun göstərdik, amma qalib gələ bilmədik. Futbolda belə hallar da olur". Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXV turunun "İnter"lə oyunu haqda fikirlərini açıqlayıb: "Təəssüf ki, bu gün də yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu mövsüm bununla çox rastlaşdıq. AZAL klubunu qələbə münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, Sxadadzenin yetirmələri paytaxt derbisində 0:1 hesabı ilə məğlub olub.

Mənbə: pfl.az