Ramimlə Skuliç yeni stadionun açılışında iştirak etməyəcək
06.04.2011 - 16:53
Ramimlə Skuliç yeni stadionun açılışında iştirak etməyəcək
“Bakı” klubu Azərbaycan Premyer Liqasının XXVI turunun AZAL-la oyununa hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkovun yetirmələri paytaxt derbisinə tam heyətlə çıxa bilməyəcək. Bunun səbəbi komanda üzvləri arasında zədəlilərin olmasıdır. Belə ki, neçə vaxtdır zədəli Fabio Luis Ramimə Ernad Skuliç də qoşulub. Onların hər ikisi məşqlərdən kənar qalıb. Ernad “Xəzər Lənkəran”a qarşı keçirilən son oyunda zədələnib. Baldır əzələsində yaranan yırtıq Skuliçin üç həftə yaşıl meydanlardan kənarda qalacağı anlamına gəlir. Sağ topuq oynağı burxulan Fabio isə 10-12 gün müddətində müalicə alacaq.

Qeyd edək ki, aprelin 10-da keçiriləcək AZAL – “Bakı” oyunu Şüvəlandakı AZAL stadionunun açılışı olacaq. Bu 32 legioner isə açılışı görməyəcək.