Emil Mpenzanın 2-ci evində yubiley
07.04.2011 - 10:59
Emil Mpenzanın 2-ci evində yubiley
Belçikanın məşhur “Karre” diskotekasında böyük şənlik təşkil edilib. Apasport.az saytının məlumatına görə, tədbir əyləncə mərkəzinin 20 illik yubileyinə həsr olunub. Bu diskotekanın daha çox məşhur simaların sevimli məkanı olması üzündən Belçika mətbuatı da yubileyə biganə qalmayıb.

Bu ölkədən olan həmkarlarımız 20 yaşlı yubilyara xüsusi yazılar da həsr edib. Bu məkana əsasən tanınmış futbolçular və modellərin təşrif buyurduğunu vurğulayan belçikalılar Bakının “Neftçi” klubunun hücumçusu Emil Mpenza və onun keçmiş sevgilisi Ceyd Foreni də unutmayıb: Yığmanın sabiq oyunçusu Emil Mpenzanın 2-ci evi məhz bu diskotekadır. Hətta “Bavariya”lı Frank Riberi də tez-tez bura baş çəkir. “Çelsi”nin hücumçusu Didye Droqba Londondan bura Ceyd Forenin ad gününü qeyd etməyə gəlmişdi.