“Barselona” rekordunu yenilədi
07.04.2011 - 12:00
“Barselona” rekordunu yenilədi
İspaniyanın “Barselona” klubu özünün Çempionlar Liqasındakı rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ilk oyununda Ukraynanın “Şaxtyor” klubunu 5:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl 9-cu ev qələbəsini qazanıb. Bu, barselonalıların tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, Çempionlar Liqasının evdə qələbə seriyası rekordu “Mançester Yunayted”ə məxsusdur. İngilislər 2006-08-ci illərdə ardıcıl 12 ev oyununda qalib gəliblər.