“Qarabağ” qapıçısını itirdi
07.04.2011 - 13:30
“Qarabağ” qapıçısını itirdi
Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XXVI turuna hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la oyunun hazırlıqlarını sürdürən ağdamlılar gündə bir dəfə olmaqla Suraxanı qəsəbə stadionunda məşq edir. Hazırlıqlar qarşılaşmanın baş tutacağı saatda, 16:00-da keçirilir.

Lakin Qurban Qurbanov komandasına tam heyətlə məşq keçə bilmir. Belə ki, komandada 1 itki var. Bu, “Qarabağ”ın 3-cü qapıçısı Sahil Kərimovdur. Ayağında burxulma olan Sahil məşqlərdən kənarda qalıb.

Qeyd edək ki, “Neftçi”ylə sonuncu oyunda zədələnən Rauf Əliyev də məşqlərə başlayıb. Gözünə palçıq düşən forvard 2 günlük fasilənin ardından komandaya qoşulub. Ağdamlılar sabah toplanışa yığışacaq.

Mənbə: qarabagh.com