“Top-5”də dəyişiklik
07.04.2011 - 14:25
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Çempionlar liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə ilk oyununda fərqlənən hücumçu klubunun avrokubok matçlarında 24-cü qolunu vurub. Bununla da əfsanəvi Bobbi Çarltonu arxada qoyan Runi klubun avrokuboklardakı bombardirlərinin “Top-5”nə daxil olub.
Qeyd edək ki, 1/4 finaldakı İngiltərə derbisi “Mançester Yunayted”in 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1/4 finaldakı İngiltərə derbisi “Mançester Yunayted”in 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.
0
0