Premyer Liqamızda yubiley: Autsayderin sevinən günü
07.04.2011 - 14:58
Azərbaycan Premyer Liqasının XXVI turu Bakının MOİK klubu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, aprelin 9-da “Simurq”un qonağı olacaq “hərbçilər” bu görüşdə yubiley qeyd edəcək. Belə ki, Zaqataladkı görüş MOİK-in Premyer Liqada 300-cü matçı kimi tarixə düşəcək. İndiyədək 299 qarşılaşmaya çıxan paytaxt təmsilçisi 63 qələbə qazanıb, 59 heç-heçə edib və 177 dəfə məğlub olub. MOİK-in vurduğu 218 qola rəqibləri 468 dəfə cavab verib.
0
0