Belçika futbolunun acı günü
07.04.2011 - 15:41
Belçika futbolunun acı günü
Belçika futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun yarımfinalında azarkeşlərdən biri tribunaladan yıxılaraq, dünyasını dəyişib.

Belə ki, “Standart” – “Gent” qarşılaşmasında fanatın qəflətən müqavimətini itirdiyi və başı üstə yerə düşdüyü bildirilir. Onu təcili olaraq xəstəxanaya çatıdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin görüşdə ev sahibləri 4:2 hesabı ilə qələbə qazanıblar.