“İnter” futbolçularını mükafatlandırdı
07.04.2011 - 16:06
“İnter” futbolçularını mükafatlandırdı
Bakının “İnter” klubunun rəhbərliyi 2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandanın üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Valentin Bubukinin xatirəsinə həsr olunmuş beynəlxaq turnirdə iştirak etmiş futbolçular oradakı uğurunun bəhrəsini görüblər. Rövşən Babayevin yetirmələri turniri 3-cü yerdə başa vurublar ki, “Şəfa” İdman və Sağlamlıq Kompleksinin ərazisində yerləşən “İnter” kafesində baş tutan tədbir də buna həsr olunub.

Mükafatlandırma mərasimində “İnter”in prezidenti Georgi Nikolov komandanın üzvlərini turnirdə əldə etdikləri nailiyyətə görə təbrik edib və hər bir futbolçuya, o cümlədən komandanın məşqçi heyətinə gələcək işlərində uğurlar arzulayıb.