“Bakı” böyük hesablı qələbə qazandı
08.04.2011 - 10:11
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri “Bakı” klubunun U-17 komandası ilə görüşüb. Mərdəkandakı “Dalğa” stadionunda baş tutan görüşdə böyük hesablı nəticə qeydə alınıb. Belə ki, paytaxt təmsilçisi yığmanın qapısından 3 cavabsız qol keçirib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0