Azərbaycan Premyer Liqasında görünməmiş hadisə
08.04.2011 - 11:00
Azərbaycan Premyer Liqasının XXVI turunun üç oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, futbolsevərlərimiz birinci dəfə ilk “altılıq”dakı hər oyunu canlı izləyə biləcəklər. Bunu “İdman Azərbaycan” kanalı reallaşdıracaq. Telekanal sabah “İnter” – “Neftçi” (17:00), birigün “Qarabağ” – “Xəzər Lənkəran” (16:00), AZAL – “Bakı” (18:00) matçlarını birbaşa efirə verəcək. Adətən “İnter”lə AZAL-ın ev oyunları canlı göstərilmədiyi halda, bu dəfə belə olmayacaq. Hər halda, AZAL-ın yeni açılan stadionunda ilk matçın göstərilməsi gözlənilən idi.
Mənbə: pfl.az
Mənbə: pfl.az
0
0