PFL prezidenti Mirça Redniki fərqləndirdi: Yayda o, sərbəst olacaq
08.04.2011 - 11:31
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednikin Rumıniya milli komandasının baş məşqçi postuna keçməsi yenə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, yığmanın növbəti uğursuzluqlarından hiddətlənən Rumıniya Futbol Federasiyasının rəhbərliyi növbəti dəfə Razvan Luçeskunun istefasını müzakirəyə çıxarıb.
Qurumun prezidenti Mirça Sandu istefa ilə bağlı sərt mövqe tutsa da rəhbərliyin keçirdiyi yığıncaqda onu dəstəkləyənlərin sayı kifayət qədər olmayıb. Əksəriyyət kiçik Luçeskuya növbəti şans verməyi – Bosniya və Herseqovina ilə iyundakı matçı gözləməyi lazım bilib. Lakin Sandu əlinin altında namizədlər siyahısının olduğunu açıqlamaqdan çəkinməyib: “Ön planda Kosmin Olaroyudur. “Styaua”nın sabiq baş məşqçisi hazırda Səudiyyə Ərəbistanında çalışır. O, yığmaya çox kömək edə bilər. Ondan başqa Dorinel Muntyanu və Dan Petresku da var. Hətta vaxtilə işlədiyimiz Viktor Pitsurkanı da unutmamışıq”.
Rumıniya Peşəkar futbol Liqasının (PFL) prezidenti Dumitru Draqomir də baş məşqçi məsələsinə münasibət bildirib: “Olaroyu və Pitsurkanin yığmaya təyin olunmaması da mümkündür. Yeni təyinat çoxları üçün sürpriz də ola bilər. Bəlkə də yeni məşqçinin adı sizləri təəccübləndirəcək. Amma hamı Mirça Rednikin komandalarının göstərdiyi futboldan danışır. İndi o, Azərbaycanda “Xəzər Lənkəran”da çalışır. Yayda isə sərbəst olacaq”.

0
0