“Xəzər Lənkəran”da toy olacaq
08.04.2011 - 12:19
“Xəzər Lənkəran” klubunun futbolçusu Hristu Kyaku sevgilisi Oana ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır birgə olan cütlük dini toy mərasimi keçirəcək. Hazırda bir-birindən uzaqda olan sevgililər məsafəni bu yolla qısaltmaq istəyirlər.
İngiltərədə təhsil alan Oana ilə Azərbaycanda çıxış edən Hristu toyu yayda qeyd etmək fikrindədirlər. Bu tarix iyunun əvvəlinə planlaşdırılıb. Təmtəraqlı tədbirə 500-ə yaxın qonağın çağırılacağı gözlənilir. Cütlük qonaqlarını “Stirbey Palace” sarayında bir arya yığacaq. Bu məkanın seçilməsi isə Kristian Kivu ilə bağlıdır. Belə ki, İtaliyanın “İnter” klubunda çıxış edən müdafiəçi də toyunu məhz bu satayda etmişdi.

0
0