Berti Foqts Bakıda 4 oyun izləyəcək
08.04.2011 - 13:31
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu həftə 4 oyun izləyəcək. Apasport.az saytının məlumatına görə, vətənindən Bakıya qayıdan almaniyalı mütəxəssis Bakıdakı görüşləri seyr edəcək. Foqts bu gün əvəzedici heyətlər arasında “İnter” – “Neftçi” oyununu izləyəcək. O, sabah paytaxt təmsilçilərinin əsas komandalarını, aprelin 10-da isə Premyer Liqamızda ilk “altılığ”ın qalan görüşlərini – “Qarabağ” – “Xəzər Lənkəran”, AZAL – “Bakı” matçlarına baxacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0