Avroliqada hakim təcavüzü
08.04.2011 - 13:48
Avroliqanın ¼ final mərhələsində “Dinamo” (Ukrayna) – “Braqa” (Portuqaliya) oyununun hakimi təcavüzə məruz qalıb. Apasport.az saytının məlumatına görə, Kiyev klubunun Paramon ləqəbli superfanatı Sergey Zaborovski referidən narazılığını kobudluqla çıxmağa üstün tutub. O, meydanı tərk edən hakimlərə çataraq, ayağı ilə onlardan birini vurub. Bu insident telekameralardan yayınmayıb və baş hakimin raportunda əksini tapacaq. Bununla “Dinamo”nu ağır sanksiya gözləyir. UEFA hakimlərə fiziki təzyiqlərə komandalardan birinə texniki məğlubiyyət verməklə cavab verir.
Qeyd edək ki, Kiyevdəki oyunu hollandiyalı hakimlər idarə edib.
Qeyd edək ki, Kiyevdəki oyunu hollandiyalı hakimlər idarə edib.
0
0