“Milli komandanın futbolçusunun atası filləri çimizdirir”
08.04.2011 - 14:54
Madridin “Real” klubunun futbolçusu Emmanuel Adebayor təhqir olunub. Apasport.az saytının məlumatına görə, Toqo yığmasının lideri Çempionlar Liqasında “Tottenhem” klubu elə ev oyununa izləməyə gələn ingilis azarkeşləri tərəfindən irqçiliklə bağlı nalayiq ifadələrə məruz qaldığını bildirib: “Tribunadan qışqırırdılar ki, atam filləri çimizdirir, anam isə fahişədir. Biz bu sözlərin qarşısını almaq üçün heç nə edə bilmərik. İrqçiliyi meydandan qovmaq alınmır”.
Qeyd edək ki, “Tottenhem”ə 4:0 hesabı ilə qalib gəldikləri oyunda etdiyi dublla qələbədə böyük pay sahibi olan Adebayor karyerasının ən uğurlu illəri İngiltərədə keçib. “Arsenal”da çıxışı ilə tanınan hücumçu müqavilə ilə “Mançester Siti”yə məxsusdur və cari mövsümün sonuna kimi “Real”a icarəyə verilib.

0
0