“İnter”in futbolçularının maaşlarını almamağı yalan söhbətdir”
08.04.2011 - 15:10
“Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Qalib gəlmək üçün çıxıb var-gücümüzü qoyacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Rövşən Əmiraslanov deyib. Onun sözlərinə görə, komandası liderlər qrupunda yer alanlarla xal fərqinin azalmasına çalışmalıdır: “Neftçi” ilə oyun mükafatçılar sırasına düşməyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki turdan tura xal fərqi artır. Buna imkan verməməliyik”.
Ötən mövsüm çempion olan və qışda “Birlik kuboku”nu qazanan “İnter” hazırda heç də yaxşı günlərini yaşamır. Belə ki, “bankirlər” final mərhələsində keçirdiyi 3 oyunun 2-də məğlub olub, yalnız 1 xala sevinib. “Qarabağ” və AZAL-a uduzan “bankirlər” yalnız “Bakı”dan 1 xal almağı bacarıb. Təbii ki, komandanın bu uğursuz nəticəsi diqqətdən yayına bilməz. Əmiraslanov bunu psixoloji durumla bağlayır: “Özümüz də tam şəkildə nə baş verdiyini bilmirik. Hər oyundan sonra baş məşqçi futbolçularla birgə bunun səbəbini araşdırır. Maraqlıdır ki, ötən mövsüm çempion olan heyət qalıb, amma qələbə qazana bilmirik. Ola bilsin, psixoloji durum yaxşı deyil. Yadınızdadırsa, “Birlik kuboku”nda uğurlu çıxış etmiş digər klublarımız da sonradan çempionatda büdrəmişdi. “Qarabağ”da Avropa Liqasından sonra bir müddət uğursuz oyunlar keçirdi. Bunun düzəlməsi üçün bir qələbəyə ehtiyacımız var”.
Əksəriyyət son vaxtlar “İnter”də futbolçuların əmək haqqı almadığından meydana candərdi çıxdığını iddia etsə də, yarımmüdafiəçi başqa fikirdədir: “Yalan sözdür. Biz maaşımızı hər ayın 15-də alırıq. Ola bilsin, pulun bankdan çıxarılması ilə əlaqədar 1-2 gün gecikmə olur. Ancaq hamı məvacibini alır. Heç kimin pulunu saxlamırlar. Həm də meydana çıxanda pul yaddan çıxır. Fikrin ancaq oyuna yönəlir”.

0
0