Roberto Karlos FİFA menecerimizin planını pozdu
08.04.2011 - 15:55
Roberto Karlos FİFA menecerimizin planını pozdu
Milli komandanın sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı Rusiyanın “Anji” klubu braziliyalı ulduz Roberto Karlosla bağlı qərarını son anda veribmiş. Apasport.az saytının məlumatına görə, dağıstanlılar sol cinahı gücləndirmək üçün əvvəl Subaşiçlə danışıqlara başlayıb. Lakin bu, Azərbaycan milli komandasının hücumçusu Branimir deyil, onun bosniyalı həmsoyadı Məhəmməd olub.

Salyanın “Muğan” klubunun sabiq baş məşqçisi Almir Hurtiç vətəni Bosniya və Herseqovinada verdiyi müsahibədə azərbaycanlı FİFA menecer Bəxtiyar Gülməmmədovun “Anji”ilə əməkdaşlığından danışıb. O, həmyerlimizin Subaşiçi Rusiya klubuna apara bilməməyini Roberto Karlosla bağlayıb: “Mənimlə söhbətdə Bəxtiyar da Subaşiçlə ciddi maraqlandıqlarını təsdiqlədi. Lakin Məhəmmədin komandası ilə 2 illik müqaviləsinin 2,2 milyon avro dəyərində olması, üstəlik ona görə 1 milyon kompensasiyanın tələb olunması rusiyalıları fikrindən daşındırdı. Həm də artıq Roberto Karlos variantı var idi. Subaşiçə bu qədər pul xərcləməkdənsə daha adlı-sanlı oyunçu transfer etmək məqsədəuyğun saydı”.