Premyer Liqa klubu tum paketlərində
08.04.2011 - 16:36
Rusiya Premyer Liqasının 4-cü turunun Samarada keçiriləcək oyunu yeniliklə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yerli “Krılya Sovetov” klubu “Lokomotiv”lə görüşdə azarkeşlərinə sürpriz təqdim edəcək. Belə ki, arenada xüsusi tum paketləri satılacaq. Klubun adını daşıyan “Krılya Sovetov” tum paketləri Samara təmsilçisi ilə “Samros” şirkətinin birgə kommersiya layihəsidir. Hər satılan tum paketindən klubun büdcəsinə müəyyən faiz gələcək.
0
0