“Qəbələ” “Çelsi” ilə qarşılaşacaq
08.04.2011 - 16:54
“Qəbələ” klubunun 14 yaşa qədər futbolçulardan ibarət komandası 2-ci Beynəlxalq Kuşadası Turnirində iştirak etmək məqsədilə aprelin 19-da Türkiyəyə yola düşəcək. Apasport.az saytının məlumatına görə, qardaş ölkəyə 27 nəfərlik heyətlə yollanacaq kollektivə “Qəbələ” Futbol Akademiyasının direktoru Əli Yavaş başçılıq edəcək. 5 günlük turnir müddətində komanda “Aqua Fantasy Aqua Park Hotel”də məskən salacaq.
Hələ turnirin püşkatma mərasimi keçirilmədiyindən “Qəbələ”nin yer alacağı qrupdakı rəqibləri müəyyənləşməyib. Lakin turnirdə “Çelsi”, “Sauthempton” (hər ikisi İngiltərə), PSV (Hollandiya), “Herta” (Almaniya) , “Standard” (Belçika), “Volfsburq”, “Münhen Türkgücü”, “Berlin Türkiyemspor”, “SCC Berlin” (hamısı Almaniya), “Kerkük Kale Spor” (İraq), “Fənərbaxça”, “Trabzonspor”, “Bursaspor”, “Buca” Futbol Akademiyası, “Altay”, “Damlaspor”, “Samsunspor”, “İzmirspor”, “Turgutluspor”, “Dardanelspor”, “Adana Gənclərbirliyi”, “Akhisar Bələdiyəspor” (hamısı Türkiyə) klublarının iştirakı dəqiqləşib. Bu komandaların hər biri təmsilçimizin potensial rəqibləridir.
Qeyd edək ki, ötən il də bu yarışda iştirak edən “Qəbələ” “Ən böyük gələcək vəd edən komanda” üçün təsis olunan mükafatı qazanmışdı.

0
0