“Əfqan Həmzəyevə baxanda, Fariz Yusifova min şükür”
11.04.2011 - 23:23
“Fariz Yusifov nəticəyə təsir edən səhvə yol vermədi. Bir mübahisəli epizod ilk hissədə Parksın vurduğu topun qapı xəttini keçib-keçmədiyinə görə idi. Amma bunun da üzərində çox dayanmağa ehtiyac yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
O, Premyer Liqanın XXVI turunun “Qarabağ”la səfər oyununda (0:0) baş hakim Faruz Yusifovun idarəçiliyi barədə fikirlərini açıqlayıb. Nadirovun sözlərinə görə, referi oyuna nəzarəti əldən verməməyə çalışırdı: “Bəzi məqamlarda həm "Qarabağ"ın, həm də bizim futbolçulara güzəştə getdi. Əfqan Həmzəyevin "İnter" - "Neftçi" oyunundakı idarəçiliyinə baxanda, Farizin hakimliyinə min şükür! Açığı, daha onlardan danışmaq istəmirəm. Hər şeyin necə olduğunu siz də görürsünüz. Markus Merk göndərdiyimiz məktubu alıb. "Bakı" ilə oyundakı qol epizodu ilə bağlı fikrini 1-2 günə bizə bildirəcək. Çempionluq uğrunda mübarizəmizə gəlincə, son turadək geri çəkilməyəcəyik. Şanslarımızın yoxa çıxdığını deyənlər, qoy növbəti 6 turu da gözləsinlər".

0
0