Premyer Liqa “dirilir”, Superliqa “ölür”
12.04.2011 - 11:01
Avropanın ən güclü milli çempionatlarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin 53 turnirinin reytinq cədvəlində Azərbaycan Premyer Liqası da yer alıb.
Avropalı ekspertlərin 22 xala layiq bildiyi çempionatımız sıralamada 29-cu pillədə qərarlaşıb. Bu isə ötən mövsümün sonu, yəni mayın axırı ilə müqayisədə inkişafdan xəbər verir. Həmin vaxt bizim Premyer Liqa yalnız 36-cı idi.
11 ay ərzində arxada qoyduğumuz çempionatlar sırasında Norveç, Gürcüstan, Moldova, Sloveniya, Slovakiya birincilikləri var. İrəliləmək üçün keçməli olduğumuz növbəti çempionat isə 28-ci olan Şotlandiya Premyer Liqasıdır.
Siyahının ilk pillələrində isə dəyişiklik olmayıb. İngiltərə Premyer Liqası 1-ci, İspaniya Primerası 2-ci, Portuqaliya çempionatı 3-cü, Almaniya Bundesliqası 4-cü sıradadır. Rusiya Premyer Liqası isə 5-ci yerə qalxıb. Ölkəmizdə böyük marağın olduğu Türkiyə Superliqası isə geriləməkdə davam edir. 11 ay əvvəl 9-cu olan çempionat artıq 17-cidir.

0
0