AFFA Əfqan Həmzəyevin səhv qərar verdiyini təsdiqlədi
12.04.2011 - 13:21
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda “İnter”in gürcüstanlı futbolçusu Kaxaber Mjavanadzeyə göstərilən sarı vərəqə ləğv edilib.
Müdafiəçi matçın 85-ci dəqiqəsində baş hakim Əfqan Həmzəyev tərəfindən 2-ci sarı alaraq, meydandan kənarlaşdırılıb. Lakin görüşün videoyazısına baxıldığı zaman futbolçunun bilərəkdən əllə oynamadığı aşkarlanıb. Bu səbəbdən həmin sarı vərəqə ləğv olunub. Baş məşqçisi Kaxaber Sxadadze isə mətbuat konfransında iştirak etmədiyi üçün “İnter” 1000 manat cərimələnib.
4 futbolçusu sarı vərəqə aldığından “Gəncə” 1000 manat ziyana düşüb. Qərb təmsilçisinin azarkeşləri “Muğan”la ev oyununun 83-cü dəqiqəsində meydançaya kənar əşya atdığından, daha 2000 manat cərimə ödəyəcək.
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində hər iki klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığından, komandalar hərəyə 2000 manat cərimələnib. “Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Dieqo Souza kobud oyuna görə 2-ci sarı alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub legionerinə görə 200 manat cərimə ödəyəcək.

- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0