Klublar gecikdi, AFFA 33 min manat qazandı
12.04.2011 - 13:33
Klublar gecikdi, AFFA 33 min manat qazandı
AFFA Premyer Liqa və I divizionda oynayan 4 klubu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, yarışlarda iştirak etmək üçün klubların lisenziyalaşdırılması qaydaları üzrə nəzərdə tutulmuş sənədlərin ilkin təqdimetmə tarixindən idman, infrastruktur, kadr-inzibati, hüquqi və maliyyə meyarları üzrə bəzi klublar AFFA-nın Lisenziyalaşdırma qrupuna gecikmələrlə təqdim ediblər. Bu səbəbdən də AFFA-nın İntizam Komitəsində “Abşeron” (15 gün ) – 15000 manat, “Bakılı” (6 gün), “Gəncə” (6 gün) və “Rəvan”ın – (6 gün) hərəyə 6000 manat cərimələnməyi haqda qərar çıxarılıb. Bu isə ümumilikdə 33 min manat təşkil edir.

Qeyd edək ki, bu klublardan yalnız “Gəncə” Premyer Liqada oynayır.