“Topaz” xüsusi oyunu müəyyənləşdirdi
12.04.2011 - 13:45
“Topaz” xüsusi oyunu müəyyənləşdirdi
“Topaz” Çempionlar Liqasının xüsusi oyununu seçib. Apasport.az saytının məlumatına görə, proqnozsevərlər Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə olduğu kimi, cavab matçında da “Çelsi” – “Mançester Yunayted” derbisinə müxtəlif pul qoyuluşları edə bilərlər.

Əmanətlərini artırmaq istəyənlər ilk, son qolun müəlliflərini, həmçinin matçda fərqlənəcək futbolçuları müəyyənləşdirməkdə bəxtlərini yoxlamaq şansına malikdirlər. Görüşdə tarazlığın nə vaxt pozulacağı və bunun hansı klub tərəfindən olacağına da pul qoyuluşu qəbul ediləcək.

Bununla yanaşı, qırmızı vərəqə və penaltilərin qeydə alınması ilə bağlı proqnozlarda da yer alıb.