Samir Əliyev “Simurq”dan ayrıldı
12.04.2011 - 23:00
Samir Əliyev “Simurq”dan ayrıldı
Milli komandamızın sabiq futbolçusu Samir Əliyev klubsuz qalıb. Apasport.az saytının xəbərinə görə, təcrübəli hücumçu “Simurq” klubundan ayrılıb. Buna səbəb kimi, Əliyevin baş məşqçi Qyoko Hacıyevski ilə yola gedə bilməməyi göstərilir.

Onunla yanaşı, yığmamızın digər sabiq futbolçusu Emin Quliyev də Zaqatala təmsilçisindən ayrılıb. “Simurq”da icarə əsasında çıxış edən braziliyalı legioner Mario Souza isə müqavilə ilə məxsus olduğu “İnter”ə qayıdıb.