Messi 60 il əvvəlki rekordu təkrarladı
13.04.2011 - 11:09
“Barselona”nın lideri Lionel Messi 60 il əvvəlki rekordu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı argentinalı İspaniya futbolunda klub bombardiri rekordunun təkrarlanmasının səbəbkarı olub.
Messi cari mövsümdə “Barselona”nın heyətində 48-ci qolunu vuraraq, ispaniyalı Telmo Sarranın nailiyyətinə imza atıb. Sarra 1950/51 mövsümündə Bilbaonun “Atletik” klubunun heyətində bu qədər fərqlənmişdi.
Messi “Şaxtyor”la Donetskdə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə yeganə qolun müəllifi olub.
Qeyd edək ki, Messi ötən mövsüm komandasının heyətində bütün turnirlərdə 47 qol vurmuşdu. O, bununla macar Ferents Puşkaşın “Real”da (1959/60 mövsümündə) və braziliyalı Ronaldonun “Barselona”da (1996/97) nailiyyətini təkrarlamışdı.

0
0