Hiddink Azərbaycan yığması ilə oyuna qədər buraxılmayacaq
15.04.2011 - 10:03
Qus Hiddinkin adının yenidən Londonun “Çelsi” klubu ətrafında hallanması Türkiyə Futbol Federasiyasını (TFF) hərəkətə keçirib. Apasport.az saytının məlumatına görə, TFF-nin nümayəndəsi Türkər Tazar hollandiyalı mütəxəssisin Türkiyə milli komandasının baş məşqçisi postunda qaldığını bildirib. Tazar ingilislərin Hiddinkə marağının gedişinə əsas vermədiyini söyləyib: “Biz yalnız keçən həftə “Ayaks”a imtina etdik. Çünki Hiddinkin müqaviləsi ona həm klubda, həm də yığmada çalışmağa imkan vermir. Bu bənd anlaşmada dəqiq yazılıb və prezidentimiz onu dəyişmək fikrində deyil. Biz başa düşürük ki, Roman Abramoviç kimi insanlar Hiddinki öz klubuna görmək istəyər. Ancaq bizə təklif etsələr, imtina edəcəyik. Əgər Hiddinkin karyerasına baxsanız, onda əmin olarsınız ki, müqaviləsini sona kimi yerinə yetirir. Bundan əlavə, o, bizə deyib ki, Türkiyə onun məşqçi kimi sonra iş yeri ola bilər. Biz istəyirik ki, Hiddinki bizi DÇ-2014-nün final mərhələsinə çıxarsın”.
Qeyd edək ki, Türkiyə yığması milli komandamızla cari seçmə mərhələdə birgə yer alıb və Hiddink son matçını bu ilin oktyabrında evdə bizimlə keçirəcək.
Qeyd edək ki, Türkiyə yığması milli komandamızla cari seçmə mərhələdə birgə yer alıb və Hiddink son matçını bu ilin oktyabrında evdə bizimlə keçirəcək.
0
0