Toni Adams sadiqlər sırasında
15.04.2011 - 10:17
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams Böyük Britaniya mətbuatının diqqət mərkəzindən düşmür. Apasport.az saytının məlumatına görə, 45 yaşlı ingilis mütəxəssis növbəti dəfə vətənində seçilənlər arasında olub. Belə ki, britaniyalılar İngiltərə Premyer Liqasının klubuna sadiqlərinin siyahısını açıqlayarkən Adamsın nailiyyətlərinə də biganə qalmayıb.
Həmkarlarımız karyerası boyu klubuna sadiqliyi ilə seçilənlərdən ibarət “Top-13” tərtib edərkən Londonun “Arsenal” komandasının əfsanəvi kapitanını da siyahıya daxil edib. 22 il (1980-2002) “topçular”a sadiq qalması Adamsı seçilənlər sırasına salıb. Komandanın kapitan sarğısını 14 il (1988-2002) daşıyan müdafiəçinin bu müddətdə qazandığı çoxsaylı fərdi və komanda titulları arasında 4 İngiltərə çempionluğu və Kuboklar kuboku da var.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0