“Xəzər Lənkəran” yeni çempionu müəyyənləşdirməyə yaxındır
16.04.2011 - 09:56
“Xəzər Lənkəran” yeni çempionu müəyyənləşdirməyə yaxındır
Azərbaycan Premyer Liqasının XXVII turu Bakının “İnter” klubu üçün böyük önəm daşıyır. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində 5-ci pillədə gedən “bankirlər” ötən mövsüm qazandıqları çempion titulunu qorumaq şanslarını saxlamaları üçün bu gün səfərdə mütləq “Xəzər Lənkəran”a qalib gəlməlidir. Əks təqdirdə yeni çempionun olacağı dəqiqləşəcək. Düzdür, bunun üçün sabah “Neftçi”nin evdə AZAL-a qalib gəlməsi də lazımdır ki, liderin buna nail olacağı realdır. “İnter”lə “Neftçi” bu tur eyni nəticə göstərərlərsə, yaxud aralarında 15 xal fərqi olsa belə, yeni çempion məsələsi ən azı növbəti tura kimi təxirə salınacaq.

Qeyd edək ki, “altılığ”ın sonunda gedən “Bakı”nın çempionluğu itirməsi ötən tur rəsmiləşdi.