“Azərbaycandan gələnlərdən xahiş etdim ki, bizim meydançalarla işiniz olmasın”
16.04.2011 - 10:30
“Azərbaycandan gələnlərdən xahiş etdim ki, bizim meydançalarla işiniz olmasın”
“İndi 10 meydançamız var və mən onların Rusiyadan getməsini heç istəmirəm. Hərçənd belə ehtimallar artıq var: onları Ukrayna, Azərbaycan, Özbəkistan stadionları üçün sifariş edə bilərlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Alyans Premium Arena” şirkətinin baş direktoru Nikolay Jukov deyib. Moskvada “Lokomotiv” klubunun stadionunun qazonunun dəyişdirilməsi ilə məşğul olan rus mütəxəssis narahatçılığını ifadə edib.

Jukovun sözlərinə görə, ölkəmizdən qazonla bağlı gələnlərə bilərəkdən kömək etməyiblər: “Bu ölkələrdən artıq gəlib, xahiş ediblər. Mən onlara deyirəm ki, meydançaları Hollandiyadan gətirin. Bunları isə Rusiyada qoyun! İndi bizdə Samarada, Nalçikdə, Kazanda və bir çox digər şəhərlərdə qazonları dəyişmək lazımdır. Özü də meydançalar azdır. Ancaq ən əsası – hər yerdə təməli ağıllı qoymaq lazımdır”.