2 qol, 1 qırmızı və 44-cü heç-heçə
17.04.2011 - 10:44
İspaniya Primerosunda növbəti XXXII tura start verilib. Apasport.az saytının xəbərinə görə, turun mərkəzi görüşü Madriddə keçirilib. Paytaxtdakı möhtəşəm “Santyaqo Bernabeu” stadionunda əzəli rəqiblər – “Rael” və “Barselona” klubları üz-üzə gəlib.
Son 18 gün ərzində 4 dəfə qarşılaşacaq bu komandaların ilk görüşü heç-heçə ilə nəticələnib. La Liqanın birinci dövrəsində səfərdə "Barselona"ya 0:5 hesabı ilə məğlub olan "Real" futbolçuları doğma azarkeşlər önündə nəyə qadir olduqlarını göstərməyə çalışıblar. Lakin nəticə "kral klubu" üçün heç də ürəkaçan olmayıb.
"El-Klassiko" tarixində bu komandaların 209-cu görüşündə 43-cü heç-heçə qeydə alınıb. Əvvəlki oyunlarda qələbə nisbəti "Real"ın tərəfində (85:82) olsa da, 1:1 hesablı heç-heçə əslində madridlilər üçün məğlubiyyətə bərabər olub. Çünki paytaxt komandası lider "Barselona" ilə 8 xallıq fərqi aradan qaldıra bilməyib.
Hər iki qol penaltidən vurulub. Əvvəlcə hakim "Real"ın futbolçusu Raul Albiolu kobud oyuna görə meydançadan qovaraq, penalti təyin edib. "Barselona"nın ulduzu Lionel Messinin zərbəsi dəqiq olub. Matçın sonlarında isə bu imkanı "kral klubu" əldə edib. Bu dəfə Kriştianu Ronaldu qol vurub. Beləliklə, sona 6 tur qalmış "Barselona" xallarını 85-ə çatdırıb. "Real" isə 77 xalla ikinci pillədə qalıb.
17 aprel
01:00. "Real" - "Barselona" - 1:1
Qollar: Lionel Messi, 51-pen. (0:1) Kriştianu Ronaldu, 82-pen. (1:1)
Qırmızı vərəqə: Raul Albiol, 51 ("Real")
"Real": 1. İker Kasilyas, 4. Serxio Ramos, 18. Raul Albiol, 2. Rikardo Karvalyo, 12. Marselo, 24. Sami Xedira, 3. Pepe, 14. Xabi Alonso, 22. Anxel Di Maria, 9. Kərim Benzema, 7. Kriştianu Ronaldu
"Barselona": 1. Viktor Valdes, 2. Daniel Alveş, 3. Xerard Pike, 5. Karles Puyol, 21. Adriano, 8. Andres İnyesta, 16. Serxio Buskets, 6. Xavi Ernandes, 17. Pedro Rodriges, 10. Lionel Messi, 7. David Vilya
Qeyd edək ki, bu komandalar 4 gün sonra İspaniya kubokunda, daha sonra isə Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcəklər.

0
0