10 ildən sonra
18.04.2011 - 09:14
Azərbaycanın ən titullu məşqçilərindən olan Mehman Allahverdiyev 10 ildən sonra qələbə üzü gördü. Apasport.az saytının məlumatına görə, ötən ay “Gəncə”nin “sükanı arxası”na keçən təcrübəli çalışdırıcı ilk qələbəsini 3-cü oyununda qazandı.
Bu, XXVII turda autsayder MOİK-lə səfərdə matçında (2:0) reallaşdı. “Gəncə”yə qədər məşqçilik karyerası doğma şəhərinin digər təmsilçisi “Kəpəz”ə bağlı olan Allahverdiyev milli çempionatda sonuncu qələbəsi 2000/01 mövsümündə qazanmışdı. Maraqlıdır ki, o da aprelə təsadüf etmişdi. Bu, “Kəpəz”in aprelin 20-də XX turda Naxçıvanın “Araz” klubunu evdə 6:0 hesabı ilə darmadağın etdiyi oyundur. Allahverdiyev növbəti qələbəsini 3646 gün gözləməli oldu.
Əslində, burada bir sıra məqamlar var ki, onlara aydınlıq gətirməyimiz lazımdır. Əvvəla, Allahverdiyev 2003/04 mövsümündə istefa verdiyi “Xəzər Universiteti” ilə səfər oyununa (0:8) qədər ümumiyyətlə, qalib gələ bilmədi. 2001/02 mövsümü də indiki kimi “altılıq” sistemi ilə keçirilmiş və “Kəpəz” mükafatlar uğrunda mübarizə aparmaq hüququ qazanmışdı.
Ancaq məsələ ondadır ki, həmin mövsüm elə “altılığ”ın əvvəlində klublar münaqişədə olduqları AFFA-ya qarşı çıxdıqlarından, çempionatda iştirakı davam etdirməkdən boyun qaçırmışdılar. Nəticədə çempionat yarımçıq dayandırılmış və beynəlxalq futbol qurumlarının 2 illik cəzasına məruz qaldığımızdan, klublarımız bu müddətdə avrokuboklarda iştirakdan məhrum olmuşdular.
İndiyədək həmin çempionatın nəticələri nəzərə alınmadığından, biz bu statistikada onu hesablamamışıq. Ancaq maraq üçün bildirək ki, Allahverdiyevin həmin mövsümdə də sonuncu qələbəsi apreldə olmuşdu. Bu, “Kəpəz”in “altılığ”ın III turunda aprelin 6-da “Qarabağ”a böyük hesabla qalib gəldiyi (3:0) ev oyunudur.
Qeyd edək ki, Allahverdiyev “Gəncə”ni çıxardığı hər 3 oyunda uduzmayıb. Bu matçlarda 5 xal yığan gəncəlilər səfərdə “Qəbələ”, evdə “Muğan”la 1:1 hesablı bərabərliyə qalıb. Yəni, uzun müddət qol da vura bilməyən komanda Allahverdiyevin gəlişindən sonra hər oyunda rəqib qapısına yol tapır. Bu 4 qoldan yarısını hesabına yazan hücumçu Sabir Allahquliyev Allahverdiyevin vaxtında ən çox fərqlənəndir.
Mehman SÜLEYMANOV

0
0