Ağasəlim Mircavadov: Əlbəttə, “köhnələr” daha layiqdirlər
19.04.2011 - 15:02
“Saytınızın 100 illiyin rəmzi yığmasını respondentlərlə birgə seçməklə bağlı layihəsini alqışlayıram. Belə şeylər də lazımdır. Biz tarixi bilməliyik və bu mənada, belə layihələr çox yaxşıdır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Ölkə futbolunun 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirləri alqışlayan təcrübəli mütəxəssis tarixi bilməyin vacibliyini söyləyir: “İnanın mənə, çoxları heç ötən əsrin 60-cı illərində oynamış futbolçularımızın adlarını bilmirlər. Bəlkə bunda bizim də səhvimiz var. Şəxsən mən işlədiyim komandalarda futbolumuzun tarixi haqda həmişə danışmışam. Hətta legionerlərlə söhbətimiz olurdu ki, bizdə belə futbol, belə futbolçular olub. Mən 55-60-cı illərdə stadiona gedib, Ələkbər Məmmədov, Vladimir Karmayev, Əli Əmirzadə kimi futbolçuların oyunlarına baxmışam. Onlar bizim tariximizdir və hər birimiz bunu bilməliyik”.
Mircavadov rəmzi yığmada SSRİ dövründə oynamışları layiqli bilir: “Əlbəttə, “köhnələr” daha layiqdirlər. Bu, 50-80-ci illərdəki futbolçularımızdadır. Onlar rəmzi yığmada olmalıdırlar. Müstəqillik dövründəki yetirmələrimiz də komandaya düşə bilərlər. Ancaq onlar 15-20 il sonra, futbolumuzun növbəti yubileyləri zamanı rəmzi yığmada yer ala bilərlər”.
Mehman SÜLEYMANOV

0
0