Mpenzanın qardaşı da Bakıya gəlir
19.04.2011 - 15:18
Belçikanın ən məşhur futbolçularından sayılan Mbo Mpenza “Neftçi”nin dəvəti ilə sabah Bakıya təşrif buyuracaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son illərin ulduz oyunçusu ölkəmizdə olduğu müddətdə Azərbaycan futbolu ilə yaxından tanış olacaq, futbol mütəxəssisləri ilə görüşəcək, “Neftçi”nin bazasına baş çəkəcək.
Mpenzanın Bakıya səfəri heç də təsadüfi deyil. O “Neftçi”nin şərəfini qoruyan Emil Mpenzanın doğma qardaşıdır.
Qeyd edək ki, Mbo peşəkar futbolçu karyerası ərzində “Sportinq”, “Qalatasaray”, “Anderlext” kimi nüfuzlu klubların formasını geyinib. Belçika yığmasının heyətində 10 il çıxış etmiş Mbo Mpenza zədə ucbatından karyerasını 2007-ci ildə, 31 yaşında bitirib.
Hazırda Mbo Mpenza Belçika telekanallarında futbolla bağlı verilişlərə mütəxəssis qismində qatılır. Bundan başqa, məşhur futbolçu qəzetlərlə də əməkdaşlıq edir.

0
0