Aleks Türkiyə vətəndaşlığı istəyir
19.04.2011 - 16:43
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım və kapitanı Aleks de Souzanı qəbul edib. Apasport.az saytının məlumatına görə, klubun tarixinə damğa vuran 34 yaşlı braziliyalı yarımmüdafiəçi Türkiyə vətəndaşlığını qəbul etməyi qərar alıb.
Aleks baş nazirlə görüşündə uzun illər yaşadığı ölkəsinin vətəndaşlığına keçmək istədiyini bildirib. Ərdoğanın braziliyalıdan hansı adı daşıdığını müəyyənləşdirdiyini soruşması, zalda gülüşə səbəb olub.
Qeyd edək ki, Aleks 2004-cü ildən 7 mövsümdür şərəfini qoruduğu “Fənərbaxça”da qırdığı rekordlar, əldə etdiyi uğurlar və tarixə keçən qolları ilə adını klub tarixinə qızıl hərflərlə yazdırıb.

0
0