“Futbolçuların psixoloji durumu qara qutuya bənzəyir” - MÜSAHİBƏ
19.04.2011 - 23:07
Əvvəl Kemal Alispahiç, ardından Almir Hurtiçin rəhbərliyi altında azarkeşlərini sevindirməyi bacarmayan "Muğan" son vaxtlar uğurlu çıxışı ilə diqqət çəkir. Sonuncunun istefasından sonra komandanın “sükanı arxası”na keçən Bəhmən Həsənov Salyan təmsilçisini toparlaya bilib. Artıq xeyli vaxtdı "Muğan"da fəaliyyət göstərən məşqçi ilə əlaqə saxlayıb, komandanın yaxşıya doğru dəyişməsinin səbəblərini öyrənməyə çalışdıq.
- Komanda cari mövsümdə Hurtiçin istefasınadək 13 oyuna 11 xal toplamışdı. Lakin komanda rəhbərliyiniz altında 14 oyundan 24 xal yığa bilib. Bu, uğurlu çıxışı nə ilə əlaqələndirirsiz?
- Ciddi bir dəyişiklik yoxdu. Həmin futbolçudu, həmin qayğıdı, həmin topdu, həmin meydançadı. Sadəcə, məşq metodikasında müəyyən dəyişikliklər etmişik və futbolçuların konkret mövqelərini müəyyənləşdirmişik. Hər məşqçinin öz futbol fəlsəfəsi, oyun anlayışı var. "Muğan" hazırda topla hazırlıqlara üstünlük verir. Məşq proseslərinə əsasən bizim futbolçuların qavraya biləcəkləri oyun elementlərini daxil etmişəm. Həmçinin, oyunçuların fiziki formalarını qoruyub, saxlamaları yönündə işlər görmüşük. Hələ Alispahiçin dövründən komandada işlədiyimdən futbolçuların hamısının potensialına bələdəm. Ona görə də eksperimentlər aparmaqdansa, oyunçuları lazımi mövqelərə qoymağı üstün tutdum.
- "Muğan"ın psixoloji durumunun da ürəkaçan olduğu göz önündədi. Hər halda, komanda səviyyə baxımından özündən güclü rəqibləri, məsələn, "İnter" və AZAL-ı məğlub etməyi bacarıb...
- Çox düzgün qeyd etdiz. Futbolda ən vacib məsələlərdən biri də psixologiyadı. Oyunçunun fiziki, texniki hazırlığı göz önündə olan bir şeydi. Amma onların psixoloji durumu qara qutuya bənzəyir, içində nə olduğunu bilmirsən. Hər futbolçunun fərdi xüsusiyyəti var. Onu anlamaq, lazımi damarı tutmaq önəmlidi. Yeri gələndə qışqırmağın, yeri gələndə mehriban rəftar etməyin, qucaqlamağın öz yeri var. Bax, bunları bilmək lazımdı.
- Çempionatda mükafat qazanmaq baxımından heç bir hədəfi olmayan komandanı oyunlara kökləmək ikiqat çətindi. Belə olan halda, yetirmələrinizi necə motivasiya edirsiz?
- Siz "Muğan"dakı daxili ab-havanı görsəz, özünüz işin nə yerdə olduğunu anlayarsız. Bizdə birlik, mehribançılıq üst səviyyədədi. Onların hamısına başa salmışam ki, oynadıqları futbol təkcə "Muğan"ın deyil, onların özü üçün də önəmlidi. Çünki hərəsinin öz karyerası var. Pis və ya həvəsiz oynayan futbolçu özünə ziyan vurmuş olur.
- Hurtiçdən sizə yaxşı və pis mənada nə qaldı?
- Onun səhvlərindən özümə dərs aldım. Hurtiçin işindəki çatışmazlıqları görüb, lazımi nəticə çıxarmağı bacardım.
- "Muğan"ın hazırkı heyəti mükafatlar uğrunda mübarizə aparmaq üçün yetərlidir?
- Bildiyiniz kimi, mövsümün gedişində bir neçə futbolçu heyətdən kənarlaşdırıldı. Bəzisinin zəif oyunu, bəzisini intizamsızlığı bizi razı salmadı. Əvvəlki baş məşqçi seleksiya işini düz aparmayıb. Hurtiçin gətirdiyi legionerlər özünü doğrultmadı. Halbuki rəhbərlik baş məşqçinin fikrinə hörmətlə yanaşdığı üçün onun seçiminə etibar etdi. Lakin xüsusən də onun həmyerliləri - bosniyalı futbolçular bizi pərişan etdilər.
- Hazırda heyətdə yer alan legionerlərdən razısız?
- Xeyr. Bu baxımdan vəziyyət ürəkaçan deyil.
- Mövsümün sonunda əcnəbilərdən hansılarını yola salmağı planlaşdırırsız?
- Bilirsiz, hələ mövsüm başa çatmayıb. Ona görə də ad çəkib, həmin futbolçuları ruhdan salmaq istəmirəm. İnşallah, gələn ay onların adlarını biləcəksiz. Amma həmin futbolçuların kimliyini artıq özümüzdə müəyyənləşdirmişik.
- Özlərini doğrultmayan futbolçulardan söz düşmüşkən, Saşko Pendev çox zəif təsir bağışlayır. Belə əcnəbi "Muğan"nın nəyinə lazımdı?
- Bəlkə də Pandev gedib başqa klubda özünü yaxşı tərəfdən göstərə bilər. Amma makedoniyalı futbolçu bizim oyun üslubunda oynaya bilmir. Digər tərəfdən, Saşkonun fiziki durumu ilə bağlı problemləri var. Mən onun ciyərinin tutumunu artıra bilmərəm ki... Pandev 90 dəqiqə oynamaq iqtidarında deyil. Onun gücü maksimum 70 dəqiqəyə çatır.
Halbuki əcnəbi futbolçu yerlilərdən ən azı ikiqat güclü olmalıdı.
- Rəqiblərinizi "Şəfa"da qəbul etməyiniz oyununuza nə dərəcədə mənfi təsir edir?
- Əlbəttə, bizim üçün Salyanda oynamaq daha əlverişlidi. Çünki indi ev oyunlarımızı sanki səfərdə keçiririk. Amma bu, müvəqqəti çətinlikdi. Stadionumuz düzələn kimi yenidən Salyana dönəcəyik.
- "Muğan" rəhbərliyi növbəti mövsüm sizinlə yola davam edəcəklərini açıqlayıb. Artıq müqavilə bağlamısız?
- Mən özümü komandanın işçisi kimi hiss edirəm. Ona görə də müqaviləyə ehtiyac görmürəm. Üstəlik, məni bu vəzifəyə təyin etdiklərinə, komandanı mənə etibar etdiklərinə görə rəhbərliyə minnətdarlığı bildirirəm. Onların gücünü, dəstəyini həmişə hiss etmişəm. Ona görə də başımı aşağı salıb, rahat işimlə məşğulam.
- Artıq "Muğan"ın növbəti mövsümlə bağlı hədəfləri bəllidi?
- Cari çempionatda qarşımıza minimum ilk "altılığ"a düşmək tapşırığı qoyulmuşdu. Amma məlum səbəblərdən istəyimizə çata bilmədik. Çalışacağıq ki, növbəti mövsümdə ümidləri doğruldaq.
- Necə düşünürsüz, cari çempionatda qızıl medalların taleyi necə olacaq?
- "Neftçi" böyük üstünlüyə malikdi. Arif Əsədovun komandası ən yaxın izləyicisini 8 xal qabaqlayır. "Neftçi"nin belə şansı qaçıracağına inanmıram.
ŞAMO, “Ekspressfutbol” qəzeti

0
0